Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Marsdan yeni GÖRÜNTÜLƏR

Tarix: 26-03-2021 19:22     Baxış: 4226 A- / A+
Marsdan yeni GÖRÜNTÜLƏR


Çin Milli Kosmik İdarəsi "Tianwen-1" kosmik zondu tərəfindən çəkilən Marsın iki yeni görüntüsünü dərc edib.

RİA "Novosti"nin verdiyi məlumata görə, kadrlarda Qırmızı planetin böyük bir hissəsi kölgədədir, işıqlı yarımkürələr isə aypara formasındadır.

Kosmik İdarə hər iki görüntünün cihazın planetin səthindən 11 min kilometr yüksəklikdə olduğu zaman çəkildiyini bildirir.

Marsın araşdırılması üçün yaradılan Çinin "Tianwen-1" ("Səmaya suallar" kimi tərcümə olunur) missiyasına planetin orbitdə çıxması və fırlanması, enişi və səthindəki hərəkəti əhatə edir. Alimlər Marsın atmosferini, relyefini, geoloji və maqnit sahəsinin xüsusiyyətlərini araşdırmağı planlaşdırırlar ki, bu da planetin yaranmasına və təkamülünə dair bir ipucu əldə etməyə kömək edəcək.

Eyni zamanda, missiyanın əsas məqsədi, mümkün həyat əlamətlərini tapmaqla yanaşı, mütəxəssislərə bu planetdəki şəraitin gələcəkdə insan həyatına uyğunlaşması üçün dəyişə biləcəyini anlamalarına kömək etməkdir. "Tianwen-1" zondu 23 iyul 2020-ci ildə Haynan adasındakı Vençan kosmodromundan buraxılıb. Zondun enişinin may-iyun aylarına planlaşdırıldığı bildirilir./apa

Manevr.az


Marsdan yeni GÖRÜNTÜLƏR
Marsdan yeni GÖRÜNTÜLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar