Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin növbəti yalanı: Rus kilsəsini öz kilsələri kimi təqdim ediblər

Tarix: 24-03-2021 20:57     Baxış: 3222 A- / A+
Ermənilərin növbəti yalanı: Rus kilsəsini öz kilsələri kimi təqdim ediblər


“Təəssüflər olsun ki, Ermənistan tərəfi Qarabağda rus icması adından istifadə edərək təxribat xarakterli məlumatlar yayır”.


Manevr.az
xəbər verir ki, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib .

O bildirib ki, ermənilərin bu saxta iddiaları qəbuledilməzdir: “Ermənilər guya Qarabağda rus icmasına və etnik rusların yaşadığı ərazilərdə rus mirasının dağıdılması ilə bağlı təxribat xarakterli məlumatlar yayaraq insanları aldatmağa çalışırlar. Mən Xankəndi şəhərindən olan millət vəkili kimi bununla bağlı fikrimi bildirərək demək istəyirəm ki, erməni tərəfinin yaydığı bu məlumat tamamilə qəbuledilməzdir və bütün doğru məlumatlara əks olaraq dünya ictimaiyyətini aldatmağa yönəlib. Çünki biz Qarabağda, Azərbaycanın işğal edilmiş ərazilərində şahidi olmuşuq ki, nəinki Azərbaycan xalqına məxsus tarixi abidələr məhv edilib, eyni zamanda Qarabağda yaşamış etnik qruplara, xüsusilə də rus icmasına məxsus abidələr dağıdılıb. Xüsusilə də Şuşa şəhərində olan rus kilsəsi və digər ərazilərdə olmuş rus icmasına məxsus bəzi abidələr son 30 ildə məhv edilərək dəyişdirilib. Şuşa şəhərində məşhur rus kilsəsi ermənilər tərəfindən tamamilə dəyişdirilib və erməni kilsəsi kimi təqdim edilib”.

T.Gəncəliyev deyib ki, işğal faktı başa çatdıqdan sonra hamı gördü ki, ermənilər Azərbaycana qarşı, irsimizə, mirasımıza, multikultural dəyərlərimizə qarşı hansı vəhşilikləri edib. Bundan təşvişə düşən ermənilər özlərinin törətmiş olduğu beynəlxalq və mədəni cinayətləri ört-basdır etmək üçün belə təxribat xarakterli məlumatlar yayırlar. Guya rus icmasının Qarabağda hansısa təsirə məruz qaldığını, ruslara məxsus hansısa abidələrin dağıdılmasını qabardırlar. Halbuki, vaxtilə rus icmasına, rus irsinə məxsus tarixi abidələri, kilsələri dağıdanlar elə ermənilərin özləri və onların havadarları olub”.

Tural Gəncəliyev beynəlxalq təşkilatlara müraciət edərək bu məsələlərdə onları aktiv olmağa çağırıb: “Mən bir daha Xankəndi deputatı olaraq beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara, xüsusilə də bu məsələlərdə ixtisaslaşmış YUNESCO kimi təşkilata müraciət edərək bildirmək istəyirəm ki, onlar bu saxtakarlığa göz yummasınlar. Ermənilərin rus icmasının və etnik rus icmasına məxsus abidələrin öz əllərində təxribat xarakterli məsələlərdə silah kimi istifadə etmələrinə imkan verməsinlər və bunun qarşısını almaq üçün Ermənistan tərəfinə çağırış etsinlər”./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar