Xəbər lenti
Putinə hansı vaksin vurulub? – Ölkədə peyvənd vurdurmaq istəməyənlərin sayı artır
Rusiya prezidenti Vladimir Putin COVID-19-a qarşı vaksinlə peyvənd olunub. Bu xəbəri RIA Novosti martın 23-də Kremlə istinadən yayıb.
Siyasi dairələr Vladimir Putinin peyvənd olunmasının həm də adi rusiyalıların vaksinasiyaya ürəkləndirilməsi məqsədi daşıdığını bildirirlər. Kreml martın 23-də bildrimişdi ki, prezidentə Rusiyada istehsal edilmiş üç vaksindən hansının vurulduğu bilərəkdən açıqlanmır.
Putin bu yaxınlaradək ölkəsindəki ağır epidemioloji vəziyyətə baxmayaraq şəxsən peyvənd olunmadığına görə tənqid edilirdi.
Rusiyada indiyədək 4.3 milyon nəfərə vaksinin hər iki dozası vurulub. Bu, 146 milyonluq ölkə əhalisinin 5 faizindən də azdır. Rusiya koronavirusa yoluxma sayına görə 4.4 milyon nəfərlə dünya üzrə dördüncü yerdədir.
Ölkə COVID-19-dan ölüm hallarının sayına görə dünyada yeddinci yeri tutur. Rusiyada indiyədək koronavirusdan 94 min 231 nəfər vəfat edib.
Rusiyada hələlik Qamaley adına mərkəzin hazırladığı “Sputnik V”, Novosibirskdəki Vektor elmi mərkəzinin məhsulu olan EpiVakKorona və Çumakov adına mərkəzin KoviVak vaksinləri dövlət qeydiyyatından keçib.
Ötən avqustda Rusiya dünyanın ilk vaksini – “Sputnik V”-ni rəsmən təsdiqləyəndə, dünya boyunca bu preparatın təhlükəsizliyindən narahatlıq ifadə olunmuşdu.
Bu ona görə idi ki, “Sputnik V” sınaqların heç ikinci fazasını da tam keçmədən təsdiqə verilmişdi.
Buna baxmayaraq sonradan mötəbər tibb jurnalı “Lancet” yazmışdı ki, “Sputnik V” vaksinin iki dozası 91.6 faiz effektivlik nümayiş etdirib.
Buna baxmayaraq Rusiyada müstəqil Levada mərkəzi bildirir ki, bu ölkədə vaksin vurdurmaqda tərəddüd edənlərin sayı artıb.
Onlar ötən dekabrda 58 faiz idilərsə, bu rəqəm fevral ayında 62-yə yüksəlib. “EpiVakKorona” və “KoviVak” vaksinləri də sınaq fazalarını tam keçmədən istifadəyə verilib./azadliq.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar