Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Molla Bayazid kəndində anadan olan Ermənistanın yeni Baş Qərargah rəisi kimdir? – DOSYE

Tarix: 22-03-2021 20:27     Baxış: 4375 A- / A+
Molla Bayazid kəndində anadan olan Ermənistanın yeni Baş Qərargah rəisi kimdir? – DOSYE

Artak Davtyan bugündən etibarən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinin icrasına başlayır.

Manevr.az Ermənistan mətbuatına istinadən bildirir ki, Artak Davtyanın Baş Qərargah rəisi təyin olunması ilə bağlı təklifi baş nazir Nikol Paşinyan mart ayının 10-da ölkə prezidentinə təqdim edib. Ermənistan prezidenti baş nazirin təklifini qəbul etməsə də, konstitusiyanın tələblərinə görə Artak Davtyan 22 mart 2021-ci il tarixindən vəzifəsini icrasına başlayır.
Məlumat üçün bildirək ki, Artak Davtyan 1970-ci ildə anadan olub. General-leytenant rütbəsi daşıyan Artak Davtyan Nikol Paşinyan baş nazir seçildikdən qısa müddət sonra - 2018-ci ilin may ayında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunub 2020-ci ilin iyununda vəzifəsindən azad edildi.
Artak Davtyan 1988-1992-ci illərdə - Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı döyüşüb. Rusiyada hərbi akademiyada təhsil alıb. 2007-ci ildən Baş Qərargah rəisinin müavini olub. 2017-ci ildə 5-ci ordu korpusunun komandiri təyin edilib. 24 may 2018-ci il tarixində Baş nazir Nikol Paşinyan tərəfindən Baş qərargah rəisi vəzifəsinə təyin olunub. Ötən ilin iyun ayında karantin rejimi məhdudiyyətlərini pozaraq oğlu üçün toy məclisi təşkil etdiyi üçün Baş Qərargah rəisi vəzifəsindən azad edilib. Davtyan 17 iyul 2020-ci il tarixində Ermənistanın Hərbi Sənaye Komitəsinin sədri təyin edilib. 16 noyabr 2020-ci ildə Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra bu vəzifədən azad edilib.
Onu da qeyd edək ki, Artak Davtyanın anadan olduğu və bu gün Bambakaşat adlanan kəndi vaxtı ilə azərbaycanlıların yaşadığı kənd olub. Molla Bayazid adlanan kənd İrəvan quberniyasının Sərdarabad rayonunda yerləşib. 1842-cı ildən etibarən Bitlis və Sürməli vilayətlərindən köçürülən ermənilər Molla Bayazid kəndinə yerləşdirilib. Bundan sonra burada yaşayan azərbaycanlılar sıxışdırılıb və köçməyə məcbur olublar./yeniavaz.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar