Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Paşinyanın hədəfi Ermənistanı Türkiyənin vilayətinə çevirməkdir” - İttiham

Tarix: 22-03-2021 19:12     Baxış: 4154 A- / A+
“Paşinyanın hədəfi Ermənistanı Türkiyənin vilayətinə çevirməkdir”   - İttiham

“Ermənistan hakimiyyəti ölkəni Türkiyənin bir vilayətinə çevirməyə doğru aparır. Onların missiyası budur”.

Manevr.az xəbər verir ki, bunu sabiq prezident, Xocalı hərbi canisi Serj Sərksiyanın rəhbəri olduğu Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov bu gün jurnalistlərlə görüşündə deyib.

O, hakimiyyətin proqramının Ermənistanın uydurma “erməni soyqırımı”nı tanıma tələbindən imtinadan ibarət olduğuna əminlik ifadə edib.
“Aydındır ki, Paşinyan Azərbaycan-Türkiyə tandeminin maraqlarına xidmət edir. Bunu onun bir-birimizlə niyə düşmən kimi davranmamalı olduğumuza dair növbəti açıqlaması sübut edir. Bunu o ali baş komandan deyir ki, onun hərəkətləri nəticəsində böyük “ərazi itkiləri” (dırnaqlar bizimdir – red.) bir yana, insan itkilərimiz 5 min nəfəri aşıb. Absurd ondadır ki, Paşinyan qurbanların bizə Artsax məsələsinin hələ də həll olunmadığını söyləmək üçün lazım olduğunu deyir. Onu duz və çörəklə qarşılayanlar başa düşməlidirlər ki, Əliyev və Ərdoğanın maraqlarına xidmət edən biri ilə görüşürlər. Əgər belə deyilsə, o zaman nədən Nikol Əliyevin hücumlarına cavab vermir? Tarix 100 il əvvəl Qarsı “itirdiyimiz” kimi təkrarlanır”, - deyə Şarmazanov qyed edib.

Nikol Paşinyanın Su-30 SM üçün raketlər almağa imkanı və vaxtı olmadığı ilə bağlı mübahisəli açıqlamasına diqqət çəkən sözçü deyib: “Vaxtında aldığımız hər şey 2016-cı ildə (aprel döyüşləri nəzərdə tutulur - red.) istifadə edildi və Stepanakertin (Xankəndi – red.) üzərinə bir dənə də mərmi düşmədi. Bütün dünya Nikolun yalan danışdığını bilir. Buna şəxsən mən 2020-ci ilin oktyabrında Paşinyan ona “5 + 2” formatının təklif olunduğunu söyləyəndə əmin oldum.

O zaman niyə o, yekunda Şuşanı, Hadrutu və digər əraziləri, o cümlədən Ermənistanı verərək qurbanların sayını 5000-ə çatdırdı? Hələ 2018-ci ildə demişdim ki, mövcud hakimiyyətin kursu siyasi vektorun dəyişməsi və Artsax məsələsi ilə birbaşa əlaqəlidir. Mən Avropaya səfəri zamanı Paşinyanın “soyqırım” haqda danışmadığını müşahidə etmişdim”, - deyə o əlavə edib.

Xatırladaq ki, Nikol Paşinyan ötən həftəsonu bölgəyə etdiyi səfər zamanı yerli sakinlərlə görüşdə nə qədər çətin də olsa, Türkiyə və Azərbaycanla düşmənçilik səhifəsini bağlamağın zəruriliyindən danışmış, bunun bütün tərəflər üçün faydalı olacağını söyləmişdi.../musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar