Sizin Reklam Burada
Xəbər lenti
19-02-2025
18-02-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyandan Ter-Petrosyana atmacalı CAVAB

Tarix: 21-03-2021 21:57     Baxış: 4442 A- / A+
Paşinyandan Ter-Petrosyana atmacalı CAVAB


"Kommunikasiyaların blokadadan çıxarılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır. Yolların açılması Azərbaycan üçün faydalıdır, çünki onun Naxçıvanla əlaqəsi olmalıdır, Ermənistan üçün də faydalıdır, çünki Rusiya və İranla etibarlı dəmir yolu əlaqəsinə ehtiyacımız var. Bu, iqtisadiyyatımızın əhəmiyyətli dərəcədə dəyişə biləcəyi deməkdir ".


Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Herkin Bazmaberd kəndinin sakinləri ilə görüşündə səsləndirib.

Manevr.az modern.az-a istinadən bildirir ki, Paşinyana görə, bölgədəki ən böyük problem Ermənistanın düşmən kimi qəbul edilməsi və Ermənistanın da digərlərini düşmən hesab etməsidi.

"Bu qapalı zəncirin bir şəkildə idarə edilməli olduğunu bildirməliyik, çünki bu, bizim və başqalarının qarşılaşdıqları ən böyük çətinlikdir. Bu asan bir sual deyil, asan olsaydı çoxdan həll edilədi",-deyə o bildirib.

Paşinyan vurğulayıb ki, Qarabağ məsələsi həllə də həll olunmayıb.

Paşinyan çıxışında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın "Paşinyanın yeganə çıxış yolu dərhal istefa verib ən azından müvəqqəti olaraq xarici ölkəyə getməli" açıqlamasına da münasibət bildirib.

"Levon Ter-Petrosyan deyir: təşkil edin, qoy baş nazir ölkəni tərk etsin. Levon Ter-Petrosyan, şərəfli karyerası boyunca iki dəfə çox yaxşı bir qaçış nümunəsi göstərib. Qaça bilən bir insana bənzəyirəm? Əgər xalqım mənim güllələnməyimə qərar verərsə, təvazökarlıqla divarın altında dayanacağam. Qoy heç kim xalqın hər hansı bir qərarından sonra qaçacağımı düşünməsin",-deyə Paşinyan vuğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

MyCounter - счётчик и статистика