Xəbər lenti
Baş nazir 14 ailə üzvünü yubileyinə topladı, qalmaqal qopdu
Norveçdə ölkənin baş naziri Erna Sulberqə qarşı təhqiqat başladılıb. Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, onu 10-dan çox adamın bir yerə toplaşmasına şərait yaratmaqla karantin rejimini pozmaqda günahlandırırlar.
Bununla bağlı Norveç polisi martın 19-da baş nazirə qarşı araşdırma başladıb, ölkənin səhiyyə naziri isə Erna Sulberqi publik qaydada tənqid edib.
Baş nazirə qarşı başladılan təhqiqatın səbəbi onun 60 illik yubileyini qeyd etmək üçün ailə üzvlərini ölkənin dağ-xizək kurortlarından birinə dəvət etməsidir. Belə ki, yerli mətbuat baş nazirin fevralın 25-də restoranlardan birində keçirilən yubileyinə onun 13 ailə üzvünün qatıldığını üzə çıxarıb. Həmin vaxt Erna Sulberq özü məclisdə olmayıb, çünki xəstəxanaya səfər etmişdi. Ertəsi gün isə məclis kirayə mənzildə təşkil edilib, ora baş nazir özü də daxil olmaqla cəmi 14 nəfər toplaşıb.
Bütün bunlar haqda martın 18-də Norveçin NRK telekanalı xəbər verib. Ertəsigün polis baş nazirə qarşı karantin rejiminin pozulması ilə bağlı təhqiqat başladıb. Həmin gün axşam Erna Sulberq özünün Facebook səhifəsindən baş verənlərlə bağlı üzrxahlıq edib. “Bir ildən çoxdur mən hamını infeksiyadan qorunmağa çağırırdım və tövsiyələr verirdim. Norveçlilərin çoxları bunlara riayət edib. Nəticədə Norveç bir çox digər ölkələrə nisbətən virusun öhdəsindən daha yaxşı gəlir. Mənim baş nazir kimi qaydalara və tövsiyələrə əməl edilməsi ilə bağlı xüsusi məsuliyyətim var. Mən düz hərəkət eləmədim və çox təəsüflənirəm”,-o bildirib.
Sulberq habelə NRK telekanalının efirində bildirib ki, cərimə ödəməyə hazırdır və indiki halda ən pisi məhdudiyyətlər barədə qərar qəbul edənlərə etimadın sarsılmasıdır. O, əlavə edib ki, norveçlilərin daha yaxşı baş naziri olacağına ümid edir. Bununla da baş nazir istefa verməyə hazır olduğunu ifadə edib.
Erna Sulberq Mühafizəkarlar partiyasının lideridir, onun parrtiyası ötən seçkilərdə 25 faiz səslə birinci yeri tutub. Bu ilin sentyabrında Norveçdə yeni seçkilər olacaq./virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar