Xəbər lenti
Erməni nazir Putini təhqir etdi: Bu quduz it...
ABŞ-Rusiya gərginləşməsindən Ukrayna da zərər görə bilər.
Manevr.az-ın məlumatına görə, bu sözləri Ukrayna daxili işlər naziri Arsen Avakov deyib.
Baydenin sözlərini şərh edən Avakov bildirib ki, Ukrayna hələ 2014-cü ildə Putinin qatil olub-olmamasını özü üçün dəqiqləşdirib.
Avakov Donbasdakı müharibədə 13 mindən çox insanın həyatını itirdiyini xatırladıb və bildirib ki, bu, yalnız BMT-nin rəsmi məlumatlarında qeyd edilir, lakin həqiqi rəqəmlər daha qorxuludur:
"Putin dəstələrini ora (Ukraynanın şərqinə - red.) gətirməsəydi, onlar ölməzdilər”.
Avakov Putin və Bayden arasında başlayan qalmaqalın yeni bir soyuq müharibəyə çevrilə biləcəyinə inanır:
"Bunun Ukrayna üçün onsuz da böyük, "isti" bir müharibə ilə nəticələnəcəyi istisna deyil. Bu oyunda Putin dəyişmiş şüuru ilə növbəti avantüranı reallaşdıra bilər. Bu avantüra Ukraynaya baha başa gələ bilər"./axar.az
Manevr.az
Nazir Putinin Baydenə verdiyi cavabda nüvə potensialını yenidən xatırladığına diqqət çəkib:
"Qərb mədəniyyətinin bir standartı var - həyata hörmət. Bunu Putində hiss etmirəm. Bu, dəhşətlidir... Bu quduz itin Ukraynaya soxulmasının qarşısını necə alacağımızı düşünməliyik".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar