Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan: Rusiyanın bizə satdığı qırıcıların sursatı yox idi

Tarix: 21-03-2021 10:03     Baxış: 4308 A- / A+
Paşinyan: Rusiyanın bizə satdığı qırıcıların sursatı yox idi


Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ikinci Qarabağ müharibəsindən əvvəl Rusiyadan alınmış “Su-30CM” qırıcı təyyarələri döyüş sursatına malik olmayıb.

Manevr.az
xəbər verir ki, baş nazir bununla keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyanın Ermənistan Rusiyadan döyüş sursatları olmayan “Su-30SM” təyyarələri alması barədə açıqlamasını təsdiqləyib.

"Bizi ittiham edirlər, soruşurlar ki, niyə təyyarələr aldıq? Bəli, biz təyyarələri aldıq, bəli, müharibəyə qədər raketləri almağa müvəffəq olmadıq. Yaxşı, təyyarələri siz alardınız və biz də raketləri alardıq", - Paşinyan deyib.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonra istefaya gedən Movses Akopyan hələ 19 noyabr 2020-ci ildə keçirilən mətbuat konfransında bildirib ki, Paşinyan silahlanma planını dəyişdirib.

"Su-30SM" qırıcı təyyarələri aldılar. "Su" təyyarələri bizə lazım deyildi. Bu təyyarələr burada sursatlarsız qalıb. Rusiyanın hökumətin qərarına əsasən, həmin qırıcıların döyüş sursatlarının ikinci ölkəyə satışı qadağandır", - Akopyan deyib.

Lakin elə həmin gün Ermənistanın Müdafiə Nazirliyi təkziblə çıxış edib. Nazirlik iddia edib ki, Akopyanın bəyanatları nəinki həqiqətə uyğun deyil, həm də dövlət sirridir. Nazirlik “Su-30SM” təyyarələrinin döyüş sursatlarına malik olmaması barədə iddiaları yalan adlandırıb.

Lakin Nikol Paşinyanın dünənki açıqlaması generalın haqlı olduğunu üzə çıxarıb./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar