Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

İranlı qadın siyasətçidən diqqətçəkən sözlər: “Ölkədə bunu etmək...”

Tarix: 20-03-2021 10:21     Baxış: 4263 A- / A+
İranlı qadın siyasətçidən diqqətçəkən sözlər: “Ölkədə bunu etmək...”


İranlı siyasətçi və qadın haqları fəalı Faizə Haşimi öz həmscinslərinə qarşı cinsi ayrı-seçkiliklə mübarizə çərçivəsində iyunun 18-də keçiriləcək prezident seçkisində simvolik namizəd olmaq niyyətini açıqlayıb.

İranın eks-prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı “Mostaghel” qəzetinə müsahibəsində iranlı qadınların problemlərindən və prezident seçkisindən danışıb.

Onun sözlərinə görə, qadınların İrandakı mövcud şərtlər daxilində siyasətlə məşğul olması mümkün deyil.

Haşimi namizədliyinin mühafizəkarların nəzarətindəki aidiyyəti qurumlar tərəfindən rədd olunacağını bildirib: “Universitetdə 100 tələbəyə mühazirə oxumağıma belə dözmədilər. Prezidentliyə namizəd olaraq vəziyyətimin necə olacağı bəllidir. Ancaq qadınların seçkilərdə iştirak edə biləcəyinə inandığım üçün, ehtiyac olarsa, bunu simvolik olaraq edəcəyəm”.

Faizə Haşimi ölkə siyasətdə qadınlara münasibət səbəbiylə seçki işləri aparmağın mümkün olmadığını qeyd edib.

İran siyasətində qadın problemlərinin “təhlükəsizlik məsələsi” olaraq qəbul edildiyini bildirən Haşimi qadınlarla əlaqəli ən sadə məsələlərin belə böhrana səbəb olduğunu vurğulayıb.

Mənsur Rəğbətoğlu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar