Xəbər lenti
Bolqarıstanın altı hərbi qulluqçusu Rusiya lehinə casusluğa görə həbs edilib

Bolqarıstanda Rusiya xeyrinə casusluqda şübhə edilən 6 hərbi qulluqçu həbs olunub.
Bu barədə Bolqarıstanın dövlət televiziyasında məlumat yayılıb.
Ölkə prokurorluğunun nümayəndəsi Siyka Milevanın sözlərinə görə, qrupun başında Bolqarıstan Müdafiə nazirliyinin hərbi kəşfiyyat idarəsinin yüksək rütbəli əməkdaşı durub. O, hərbi təhslini Bolqarıstanda alsa da, Moskvada və Rusiya Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsində xüsusi hazırlıq keçib.
Siyka Mileva həmin “rezident”in arvadının həm Rusiya, həm də Bolqarıstan vətəndaşı olduğunu, onun da casusluq fəaliyyətində iştirak etdiyini, habelə əri ilə Rusiya səfirliyi arasında vasitəçi rolu oynayaraq informasiya və pul ötürdüyünü bildirib.
Bolqarıstan prokurorluğu casusun ölkənin müxtəlif bölgələrində öz agentura şəbəkəsi ilə görüşdüyünü qeyd edib.
Hüquq-mühafizə orqanları həmin zabitin kəşfiyyatda çalışan 6 digər yoldaşını Rusiya kəşfiyyatı ilə çalışmağa cəlb etdiyini xəbər veriblər. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar