Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ-la Çinin Alyaskada dialoqu duelə çevrildi

Tarix: 19-03-2021 10:55     Baxış: 2268 A- / A+
ABŞ-la Çinin Alyaskada dialoqu duelə çevrildi


ABŞ və Çin nümayəndə heyətləri arasında görüş gərgin keçib.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, görüş başlayan zaman ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonun Honkonq və uyğur məsələlərində Çini ittiham etməyini dayandırmayacağını bildirib.

Bundan sonra çıxış edən Çin xarici işlər naziri Van Yi isə ABŞ-ı hərbi və maliyyə gücünü digər dövlətlərə sərt güc tətbiq etmək üçün istifadə etdiyini bildirib. ABŞ-da qaradərililərə qarşı irqçiliyi xatırladan Yi bu ölkədə ciddi insan haqları problemi olduğunu vurğulayıb.

ABŞ Dövlət katibi Entoni Blinken isə öz növbəsində Çini qlobal stabilliyi təhdid etməkdə ittiham edib.

Tərəflər arasında gərginliyə başqa səbəb ABŞ tərəfinin Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Çzeçinin çıxışı zamanı medianı iclas zalından kənara çıxarması olub. Çinlilər bunun haqsızlıq olduğunu qeyd ediblər.

Çin Mərkəzi Televiziyası isə yaşananlara görə ABŞ-ı protokol qaydalarını pozmaqda və hörmətsizlikdə ittiham edib. Televiziya Çin nümayəndə heyətinin Alyaskaya ən səmimi niyyətlərlə ABŞ-la strateji dialoq aparmaq üçün getdiyini bildirib.

Qeyd edək ki, Alyaskada ABŞ Dövlət katibi Entoni Blinken, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Çin xarici işlər naziri Van Yi, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Çzeçi arasında görüş baş tutub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar