Xəbər lenti
"Ermənistan rəhbərliyinin üzünə tüpürməlisiniz" - Nacaryanın azad edilməsinə münasibət
Erməni politoloq Ayk Martirosyan ikinci Qarabağ müharibəsi zamanı əsir düşmüş Livan vətəndaşı Maral Nacaryanın azad edilməsinə münasibət bildirib.
Manevr.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Martirosyan bu məsələdə Ermənistan dövlətinin acizliyinin ortaya çıxdığını söyləyib:
"Maral Nacaryanın geri qayıtmasına görə Livan hökumətinə təşəkkür edirəm. Ləyaqət, iradə göstərərək və vəzifəsini yerinə yetirərək öz vətəndaşını əsirlikdən azad etdi. Onlar öz vətəndaşını azad etdilər, siz isə buna görə bizim hökumətə təşəkkür edirsiniz? Ermənistan rəhbərliyinin üzünə tüpürməlisiniz ki, onların xəyanəti nəticəsində əsir düşmüş erməni qadın hökumət tərəfindən deyil, bu hadisələrlə heç bir əlaqəsi olmayan Livan tərəfindən azad edilir".
Xatırladaq ki, Nacaryan Ermənistan və Livan vətəndaşlığına malikdir. O, Qarabağda bir sıra qanunsuz əməllərə yol verib. Azərbaycan humanistlik nümayiş etdirərək martın 10-da Nacaryanı azad edib. O, Ermənistana deyil, Livana getməyə üstünlük verib.
Daha sonra Livanın xarici işlər naziri Şarbel Vahbi Qarabağ müharibəsi zamanı əsir düşmüş erməni əsilli Maral Nacaryanın azad edilməsinə görə Azərbaycana təşəkkür edib./azvizion
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar