Xəbər lenti
Co Baydenin köməkçiləri onun jurnalistlərə danışmasını yenidən qadağan etdilər
ABŞ prezidenti Co Baydenin köməkçiləri onun jurnalistlərə danışmasını yenidən qadağan ediblər.
Bildirilir ki, hadisə siyasətçi Vaşinqtonda təsərrüfat dükanında olarkən baş verib. Jurnalistlər ona bir neçə sual verməyə çalışıblar. Suallardan biri Meksika sərhədində böhranla bağlı olub. Prezident buna cavab verməyə çalışarkən, köməkçiləri onu kənara çəkib, media nümayəndələrindən isə getmələri xahiş olunub.
O da vurğulanır ki, Bayden 48 gündür prezidentlik vəzifəsində olmasına baxmayaraq, hələ də rəsmi mətbuat konfransı keçirməyib. Bu son 100 ildə rekord sayılır. Ondan əvvəlki dövlət başçıları jurnalistlərlə rəsmi görüşləri təqribən bir ay ərzində keçirirdilər.
Mart ayının əvvəlində isə Ağ Ev izah olunmayan səbəbdən Baydenlə birbaşa yayımı dayandırmışdı. O, konqresmen demokratların suallarını cavablandırmalı idi, ancaq yayım qəfildən dayandırılmışdı. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar