Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

İranın vitse-prezidenti həbs edildi

Tarix: 10-03-2021 10:06     Baxış: 2235 A- / A+
İranın vitse-prezidenti həbs edildi


İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri İsa Kəlantəri İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyniyə hörmətsizlik etmək ittihamı ilə 4 aylıq həbs edilib.

Manevr.az trend-ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Məhkəməsinin 26-cı şöbəsi qərar verib.

Qərara əsasən, İranın vitse-prezidenti 2 il müddətinə siyasi partiyalara üzv ola bilməz, həmçinin ictimai təşviş məqsədilə şayiələr yaydığına görə 40 milyon rial (təxminən 952 dollar) cərimə ödəməlidir.

Sözügedən qərarla bağlı İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədr müavini Əsğər Daneşian bildirib ki, İranın vitse-prezidentinin həbsi ilə əlaqədar verilən qərar qəti deyil. Bununla əlaqədar apelyasiya məhkəməsinə şikayət olunacaq.

Qeyd edək ki, İranın vitse-prezidentinin İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyni və İslam İnqilabının əsasları haqda açıqlaması müəyyən narazılıqlara yol açıb.

Ə.Daneşian qeyd olunan açıqlamanın kontekstdən çıxarılaraq yayımlandığını deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar