Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Generalın şəhid olduğu qəzanın səbəbi AÇIQLANDI

Tarix: 08-03-2021 19:33     Baxış: 3228 A- / A+
Generalın şəhid olduğu qəzanın səbəbi AÇIQLANDI


Türkiyə Milli Müdafiə Nazirliyi Bitlis əyalətinin Tatvan rayonunda biri general olmaqla 11 hərbçinin şəhid olduğu helikopter qəzasının başvermə səbəblərini özündə əks etdirən ilkin hesabatı açıqlayıb.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, hesabata görə, qəzaya helikopterdəki nasazlıq yox, qəflətən görmə qabiliyyətinin itirilməsi ilə nəticələnən pis hava şəraiti səbəb olub.

"Saat 14:30-dan etibarən helikopter qəfil hava dəyişikliyi və mənfi hava şərtləri ilə qarşılaşıb və buluda daxil olub. Bu səbəbdən pilotlar geri qayıtmağa qərara veriblər. Ancaq təəssüf ki, saat 14:41-də qəzanın baş verdiyi qiymətləndirilir. Hadisənin baş verməsinə helikopterdə hansısa nasazlıq səbəb olmayıb, vertolyotun texniki baxış işləri mövcud qanunvericiliyə uyğun olaraq vaxtında və uyğun şəkildə aparılıb, onun üçün hava şəraitindən başqa heç bir xarici təsir olmur. Qəza uçuşun son mərhələsində hava şəraitinin qəfil dəyişməsindən qaynaqlanan mənfi hava şərtləri səbəbindən olub", - Türkiyə MN-nin hesabatında qeyd edilib.

Xatırladaq ki, hərbi helikopter martın 4-də qəzaya uğrayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar