Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Telefondan silinməsi tövsiyə olunan tətbiqin adı açıqlandı

Tarix: 06-03-2021 15:49     Baxış: 3300 A- / A+
Telefondan silinməsi tövsiyə olunan tətbiqin adı açıqlandı

Kiberekspert Zak Doffman “Android” smartfon istifadəçilərini çox təhlükəli bir tətbiqi silməyə çağırıb. Söhbət “SuperVPN”in pullu və pulsuz versiyalarından gedir.

Manevr.az xəbər verir ki, bbarədə mütəxəssis “Forbes” jurnalı üçün yazdığı məqalədə bildirib.

Doffman bildirib ki, tətbiqin 100 milyondan çox yüklənməsi var. Halbuki istifadəçinin şəbəkəyə etibarlı girişini təmin etmək üçün hazırlanmış proqram bunun əksinə işləyir.

Qeyd edək ki, ekspertlər “SuperVPN”i casus proqramı olduğunu deyərək, şirkəti məlumat sızdırmaqda günahlandırırlar.

Məqalə müəllifi bu ilin fevralında ortaya çıxan xəbərlərə diqqət çəkdi. Orada cihazlar, həmçinin “SuperVPN”, “GeckoVPN” və “ChatVPN” istifadəçilərinin məlumatları olan üç məlumat bazasından ibarət haker forumunun satışından bəhs edilir.

Doffmanın sözlərinə görə, “Google Play” xidmətində “SuperVPN”in nişanları və təsvirləri olan ən azı altı tətbiq var.

Mütəxəssis VPN ilə özlərini qorumaq istəyən istifadəçilərə real rəylər yazılan etibarlı bir tətbiq seçmələrini və pulsuz proqramlara etibar etməmələrini məsləhət gördü./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar