Xəbər lenti
Finlandiyada elektrik enerjisi pulsuz olan binalar tikilir

Finlandiyada sakinlər üçün elektrik enerjisi havayı olan binaların tikintisinə başlanılıb. Bu cür evlərdə külək və günəş enerjisindən maksimal istifadə edən xüsusi avadanlıq quraşdırılıb ki, nəticədə elektrik və istilik sakinlərə pulsuz başa gəlir.
Manevr.az AzərTac-a istinadən bildirir ki, konseptual layihə rentabelli olduğundan Finlandiyada enerjidən asılılığı olmayan binaların inşasına maraq artmaqdadır. İlk belə ev Helsinkinin Aalto Universitetinin Arxitektura fakültəsinin tələbələri tərəfindən layihələndirilib.
Arxitektorların qarşısında duran əsas məsələlərdən biri də soyuq şimal şəraitində istilik itkisinin minimuma endirilməsi olduğundan, layihə zamanı əsas diqqət binanın xarici fasadına yönəldilib. Bu məqsədlə yüksək sıxlığa malik istilik izolyasiya edən elementlərdən istifadə olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar