Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İlk kosmik hotelin inşası 2025-ci ilə planlaşdırılır

Tarix: 03-03-2021 08:42     Baxış: 3142 A- / A+
İlk kosmik hotelin inşası 2025-ci ilə planlaşdırılır


“Orbital Assembly Corporation” (OAC) korporasiyası 2025-ci ildə aşağı Yer orbitində “Voyager” ilk kosmik hotelinin tikintisinə başlayacaq.

Manevr.az report-a istinadən xəbər verir ki, hotel artıq 2027-ci ildə istismara verilə bilər. O, böyük halqa şəklində və Aydakı kimi olacaq süni cazibə yaratmaq üçün dönəcək. Hotel restoranlar, barlar, idman zalları, kinoteatrlar, spa salonlar ilə təchiz ediləcək və orada eyni zamanda 400 nəfər qalacaq.

Hələlik inşaatın dəyəri və hoteldə 1 gecəlik qalma xərci açıqlanmayıb. Lakin “Voyager”in fırlanan halqanın xaricinə bərkidilən kapsullarla təchiz ediləcəyi məlumdur. Kapsulaların bir hissəsi müxtəlif tədqiqatlar məqsədi üçün kosmik agentliklərə satılacaq.

Daxili halqa kosmik gəmilər, sərnişinlər və yüklərin boşaldılması üçün “park yeri” olacaq. Halqanın yaşayış sahəsində isə yalnız nömrələr deyil, həm də idman zalı, mətbəx, restoran, bar və ekipaj üçün yerlər olacaq. Kosmik istirahət həvəskarları özəl villa üçün 20x12 metrlik modullar ala biləcəklər, iş adamları isə orbitdə iş aparmaq üçün modullar əldə edə biləcəklər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar