Xəbər lenti
Qorbaçov: SSRİ bərpa edilməyəcək, amma...
Keçmiş sovet respublikaları arasında əsl ittifaq artıq ola bilməz.
Manevr.az xəbər verir ki, bunu SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində deyib.
“Rusiya, Ukrayna, Qazaxıstan və Belarus arasında vahid iqtisadi məkanın yaradılması ideyası var idi. Çox doğru yol idi. SSRİ-nin 80%-i idilər. Lakin artıq ona qayıtmaq mümkün deyil. Bu ölkə liderlərinin ambisiyaları və kaprizləri iqtisadi ittifaqı yaratmağa imkan vermədi”, – deyə o bildirib.
Qorbaçov Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gücləndirilməsi gərəkdiyini deyib. O vurğulayıb ki, Rusiya münasibətlərinin pis olduğu keçmiş SSRİ respublikaları ilə əlaqələri bərpa etməlidir:
“Avrasiya İttifaqı, KTMT mövcuddur. Bu təşkilatları gücləndirmək lazımdır. Hər şeyi etmək lazımdır ki, bizim aramızda ayrılıq yaradan respublikalarla münasibətləri bərpa edək. Belə proqram lazımdır”./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar