Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb

Tarix: 28-02-2021 22:39     Baxış: 3170 A- / A+
Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb

Populyar “General de Europe” jurnalı Qarabağda döyüşən Fransa vətəndaşları və onların barəsində istintaqın başladılması ilə bağlı maraqlı yazı dərc edib.

“Dağlıq Qarabağ: Fransa tərəfindən açılan ilkin istintaq” adlı məqalənin müəllifi Yaxın Şərq üzrə mütəxəssis, siyasi elmlər doktoru Sebastyan Bussua bildirir ki, ötən ilin sentyabrın 27-də Aərbaycan Dağlıq Qarabağ üzərində öz hüquqlarını bərpa etmək üçün hərbi əməliyatlara başlayıb.

Savaş Minsk Qrupu və beynəlxalq hüququn himayəsi altında otuz illik nəticəsiz danışıqlardan sonra qaçılmaz olub. Rəsmi Bakı beynəlxalq ictimaiyyəti hərbi əməliyyatların gedişi ilə bağlı daim məlumatlandırıb.

S.Bussua təəssüf hissi ilə qeyd edir ki, erməni işğalçı ordusunun müdafiəsinə kömək etmək üçün onlarla fransız müharibə ərazisinə yollanıb. Halbuki, onların bu hərəkəti tamamilə qanunsuzdur.

Ekspertin sözlərinə görə, Qarabağdakı separatçı rejimi müdafiə etmək və işğalçı orduya dəstək olmaq üçün yola çıxan fransızlar, əvvəlcə Ermənistan paytaxtında qəbul edilib, daha sonra isə müharibə əməliyyatlarının getdiyi ərazilərə çatdırılıb. Əslində isə erməni tərəfi onları geri qaytarmalı və döyüş bölgəsinə buraxmamalı idi. Çünki həmin şəxslərin əksəriyyəti erməni əsilli olsalar da, Fransa vətəndaşlarıdırlar. Lakin onlar bunun əksini ediblər.

Məqalədə bildirilir ki, bu yaxınlarda Azərbaycanın Fransadakı səfirliyi Dağlıq Qarabağ bölgəsində döyüşməyə gedən erməni əsilli Fransa vətəndaşlarının törətdikləri müharibə cinayətləri barədə istintaqın başlanmasına təkan vermək məqsədilə həmin şəxslər haqqında dəlilləri toplayıb Fransa Prokurorluğuna müraciət edib. Məhz Azərbaycanın səyi nəticəsində Fransaya qayıtdıqdan sonra potensial təhlükə mənbəyi olan vətəndaşlar barədə istintaq işləri başlanıb.

Hazırda Fransa sərhəd polisi Yerevandan gələn bütün sərnişinləri yoxlamadan keçirir və onları bölgədə qalma səbəbləri ilə əlaqədar sorğu-sual edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar