Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sərkisyanın qərarı əsassızdır: hərbi qiyam... – Nikol elan etdi

Tarix: 28-02-2021 15:21     Baxış: 4215 A- / A+
Sərkisyanın qərarı əsassızdır: hərbi qiyam... – Nikol elan etdi

Ermənistan Prezidentinin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi haqda təqdimatımdan imtina etməsi barədə qərarı anlaşılmazdır.

Manevr.az xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Feysbukda canlı yayım edərkən deyib. Paşinyan bildirib ki, bu mövzuda vətəndaşlarla 1 mart mitinqində danışacaq.

Paşinyan 1 mart mitinqində yeni qarşıdurmalar olacağı barədə yayılan məlumatları təkzib edib. O deyib ki, 1 mart faciəsinin təkrarlanması mümkün deyil.

O, mitinqdə Armen Sərkisyanın təqdimatdan anlaşılmaz imtinası, 1 martla bağlı istintaqın gedişi, həmçinin hərbi qiyam cəhdi haqda danışacağını vurğulayıb:

“Mən göstərəcəyəm ki, prezidentin qərarı əsassızdır, heç bir qanuna sığmır və bu, çox ciddi danışıq olacaq”.

O, Baş Qərargahın siyasi bəyanatının tam qəbuledilməz olduğunu qeyd etməklə bərabər, bir müddət öncə Ali Məhkəmə Şurasının da analoji addımını unutmamaq gərəkdiyini deyib.

Qeyd edək ki, Armen Sərkisyan Qasparyanın vəzifədən azad edilməsi barədə baş nazirin təqdimatını geri qaytarıb. Təqdimat geri qayıdan kimi Paşinyan dərhal ikinci təqdimatı göndərib və Sərkisyanın təqdimatdan imtinasının ölkədəki stabilliyə xidmət etmədiyini bildirib.

N.Paşinyanın mitinqi sabah saat 18:30-a təyin edilib./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar