Xəbər lenti
Anasına “COVID-19” peyvəndi vurduran səhiyyə naziri istefa verib

Ekvadorda səhiyyə naziri Juan Karlos Zevallosun qohumları və bəzi dövlət məmurlarına qeyri-qanuni yolla koronavirus peyvəndi vurdurması qalmaqala səbəb olub. Bir neçə gündür sosial şəbəkələrdə tənqidlərə məruz qalan nazir vəzifəsindən istefa verib. Ekvador mətbuatında yer alan xəbərlərə görə, o, istefasını Prezident Lenin Morenoya təqdim edib.
Qeyd edək ki, Zevallosun anasının yanvarın 23-də özəl bir sağlamlıq mərkəzində “COVID-19” peyvəndi olduğu ortaya çıxmışdı.
Bir neçə universitet rektoru və dövlət məmurunu peyvənd olunmağa dəvət edən Zevallos müxalifət tərəfindən ciddi tənqid edilmişdi.
Ekvadorda indiyə qədər 282 min 599 nəfər virusa yoluxub, 15 min 713 nəfər dünyasını dəyişib./vittualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































