Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İşi nə qədər çox olsa da, bunu hər gün edir - Ərdoğan haqda maraqlı faktlar

Tarix: 25-02-2021 19:55     Baxış: 4220 A- / A+
İşi nə qədər çox olsa da, bunu hər gün edir - Ərdoğan haqda maraqlı faktlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günüdür. 1956-cı il fevralın 25-də doğulan Ərdoğan 65-ci yaş gününü qeyd edir.

Manevr.az Türkiyə lideri haqda maraqlı məlumatları təqdim edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclik illərindən siyasətdədir.

1994-cü il martın 27-də İstanbulun bələdiyyə sədri seçilib.

Səhərlər türk simiti yeməyi sevir. Ərdoğan yemək masasında əvvəlcə şirniyyat, sonra xörək yeməyi xoşlayır. Süfrə və yemək qaydalarına xüsusi həssaslıq göstərir. Türkiyə prezidentinin ən sevdiyi iki yemək düşbərə və kələm dolmasıdır.

Ən xoşlamadığı şey isə cangüdənlərlə gəzməkdir.

Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanın xəbərdarlıqlarını və fikirlərini nəzərə alır.

Türkiyə lideri dəftərində hər günün xülasəsini qeyd edir. İşi nə qədər çox olsa da, buna vaxt ayırır.

Ərdoğanın ən sevimli fəaliyyətlərindən biri də, tez-tez insanlarla söhbət etməkdir.

Rəcəb Tayyib Ərdoğan gənclik illərində həvəskar olaraq “Camialtı” İdman Klubunda futbol oynayıb.

1999-cu ildə Siirtdə xalqa müraciət edən Ərdoğan Ziya Gökalpın “Əsgər duası” şeirini oxuduğu üçün həbs edilib. Şeir belədir:

“Minareler süngü,

Kubbeler miğfer,

Camiler kışlamız,

Müminler asker”.

Rəcəb Tayyib Ərdoğan, 4 ay həbsxanada qaldıqdan sonra – 2001-ci il avqustun 14-də Ədalət və İnkişaf Partiyasını (AKP) qurub.

Rəcəb Tayyib Ərdoğanın anasının adı Tənzilə xanım, atasının adı Əhməd bəydir.

Türkiyə lideri məktəb illərində öz xərcliyini qazanmaq üçün küçədə konfet, su və salfet satıb.

Sevimli komandası “Fənərbaxça”dır.

Ərdoğan 1978-ci il iyulun 4-də Əminə Gülbaranla evlənib. Dörd övlad atası olan Türkiyə lideri uşaqlarına Ahmet Burak, Nəcməddin Bilal, Əsra və Süməyya adını verib.

Ərdoğanın ən sevdiyi mahnı Müzəyyən Şənarın “Benzemez kimse sana”dır.

Gecəyarısına qədər işləməyi sevir.

Ərdoğan üçün ailə dəyərləri çox qiymətlidir. Bir dəfə “Mənimlə döyüşsünlər, amma ailəmi qarışdırmasınlar”, demişdi.

1982-ci ildə hərbi xidmətə gedib. Əsgərlikdən qayıtdıqdan sonra özəl bir şirkətdə rəhbər vəzifəsində işləyib.

Sağlam həyat tərzi yaşayan Rəcəb Tayyib Ərdoğan bir dəfə siqaret çəkməyi heç sevmədiyini söyləmişdi. Formasını qorumaq üçün Qafqaz mənşəli alternativ tibb reseptlərinə xüsusi diqqət yetirir. Bələdiyyə sədri olduğu vaxtdan bəri bunlardan istifadə edir.

Axşamlar televiziyada müzakirə proqramlarını izləyirsə, telefonla canlı yayıma çıxmaqdan özünü çətinliklə saxlayır.

Məşhur inancın əksinə olaraq, yumor üçün açıqdır. Ərdoğanın zarafatları Ankara kulislərində çox danışılır.

Saatlarla davam edən iclaslar keçirməkdən heç vaxt yorulmur.

Bir dəfə canlı yayımda jurnalistin “Türkiyəyə ən yaxın ölkə hansıdır” sualına, Ərdoğan “Azərbaycan” cavabını vermişdi./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar