Xəbər lenti
Bu əməkdaşlıq Qarabağa zərbə vura bilər - Sidorov

Gürcüstan və NATO arasında artan hərbi əməkdaşlıq Dağlıq Qarabağdakı vəziyyətə mənfi təsir göstərə bilər.
Manevr.az xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Anatoli Sidorov jurnalistlərə bildirib.
O, Rusiyanın vasitəçiliyi sayəsində Dağlıq Qarabağ ərazisindəki hərbi əməliyyatların dayandırıldığını və böhranın həlli prosesinin başladığını xatırladıb: “Bölgədəki vəziyyətin inkişafına mənfi təsir göstərə bilən amil Gürcüstan və NATO arasında hərbi əməkdaşlığın gücləndirilməsidir. Gürcüstan və NATO liderlərinin 2020-ci ildə Brüsseldəki görüşlərindən sonra ittifaq gəmilərinin Gürcüstan limanlarına səfərləri və Gürcüstan Silahlı Qüvvələrini NATO standartlarına çatdırmaq üçün Tbilisiyə maliyyə yardımı “əhəmiyyətli” NATO-Gürcüstan tədbirləri paketinə əlavə olundu və 2021-ci ildə döyüş hazırlığı tədbirlərinin sayının artırılması barədə razılıq əldə edildi”.
Sidorov qeyd edib ki, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun gücləndirilməsi məsələsi, o cümlədən, respublika ərazisi və Qara dəniz üzərindəki hava məkanına nəzarətin təmin edilməsi məsələsinə də baxılır./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar