Xəbər lenti
Ermənistanda çevrilişə cəhd olub: Paşinyan təcili meydana gəldi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binasının önündə - Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb.
O, hərbi çevriliş cəhdinin qarşısının alındığını açıqlayıb.
"Ermənistan ordusu mənə tabedir. Vəziyyət gərgindir, toqquşmalardan qaçmaq üçün razılığa gəlməliyik. Fikrimcə, hərbçilərin bəyanatı emosional reaksiya idi, vəziyyətə nəzarət edirik", - baş nazir bildirib.
Paşinyan onu da bəyan edib ki, ölkədə baş verən hadisələri müzakirə etməyə hazırdır. “Ermənistan daxilində bizim düşmənimiz yoxdur”- o qeyd edib.
Bununla belə o əlavə edib ki, ölkədə baş verən hadisələrin çərçivədən çıxmadığını və idarə olunan səviyyədədidir.
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanın işdən çəxarılması ilə bağlı məsələyə aydınlıq gətirən Paşinyan deyib ki, işdən çıxardığımız hərbçimiz belə bizim qardaşımız və vətənın əsgəridir.
Paşinyan tərəfdarlarına nə özünün, nə də ailəsinin ölkədən qaçmağa hazırlaşmadığını çatdırıb: “Əminəm ki, siz artıq informasiya terroruna alışmısınız. Ən müxtəlif xəbərlər yayılır ki, guya təyyarə hazırlanıb və biz qaçmağa hazırlaşırıq. Biz buradayıq və vəziyyətin necə olmasından asılı olmayaraq ölkəni tərk etməyəcəyik. Mənim ailəm də buradadır”./ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar