Xəbər lenti
İsraildə istənilən traktor sürücüsüz aparata çevirilə bilər
İsrailin "Blue White Robotics" şirkəti istənilən traktoru sürücüsüz aparata çevirməyə imkan verən avtonom idarəetmə sistemi hazırlayıb.
Manevr.az ictnews.az-a istinadən bildirir ki, sözügedən sistem lidar, kameralar, peyk naviqasiya sistemindən gələn siqnalların qəbuledicisi və maneə ilə toqquşarkən dayanmağa kömək edən qoruyucu bamperdən ibarətdir. Həmçinin istehsalçılar, məsələn, qəza zamanı fermanın işçilərinə traktorun işini dayandırmağa imkan verən alət də nəzərdə tutublar.
Şirkət tərəfindən hazırlanmış proqram təminatı sürücüsüz qurğuları uzaqdan idarə etməyə və onlar üçün marşrutlar yaratmağa imkan verir. "Blue White Robotics" şirkəti sistemi abunə yolu ilə satmaq niyyətindədir. Şirkətin mütəxəssisləri hesab edirlər ki, bu sistemin tətbiqi ilə traktorların işinin avtomatlaşdırılması nəticəsində fermaların xərcləri azalacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar