Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

22 ildir həbsdə olan mafiya lideri məhkəmədə uddu – İlginc qərar

Tarix: 20-02-2021 20:29     Baxış: 3192 A- / A+
22 ildir həbsdə olan mafiya lideri məhkəmədə uddu – İlginc qərar

İtalyanın mafiya lideri kamerasında musiqi dinləmək hüququ üçün müraciət etdiyi məhkəmədən qalib ayrılıb.

Manevr.az xəbər verir ki, bu barədə ingilis nəşri “Guardian” məlumat verib.

48 yaşlı Domenik Strişuqlio İtaliyada qətl və digər cinayətlərə görə 20 ildən çox həbs cəzasına məhkum edilib. Həbsxana rəhbərliyi Strişuqlionun CD pleyer almaq tələbini rədd etdikdən sonra vəkili məhkəmədən kamerasında televiziya izləməkdən kənar əyləncə seçimlərini genişləndirməsinə icazə verilməsini istəyib.

1999-cu ildən bəri Strişuqlionun cəzasını çəkdiyi Sassari şəhərindəki məhkəmənin hakimləri musiqi dinləməyin konstitusiya ilə təmin edilmiş insan hüquqlarının bir hissəsi olduğunu qəbul ediblər. Hakimlərin fikrincə, bundan imtina etmək məhbusların hüquqlarının lazımsız şəkildə məhdudlaşdırılmasına səbəb olacaq. Strişuqlionun müntəzəm izlədiyi televiziya kanallarında musiqi ilə maraqlananları qane edə biləcək proqramlar yayımlandığı da diqqətə çatdırılıb.

İtaliyanın cənub-şərqindəki Bari mafiyasının üzvü olan Strişuqlio 2019-cu ildə gecə yarısından sonra televizora baxmaq tələbi ilə də məhkəmədə qalib gəlib.

1980-ci və 1990-cı illərdə Siciliyanın iki yüksək anti-mafiya hakimi Paolo Borsellino və Covanni Falkonenin 1992-ci ildə öldürülməsi ilə nəticələnən qanlı davalardan sonra İtaliyada mafiya liderləri və terrorçular üçün həbsxana şərtlərini sərtləşdirib. Həmin şəxslərə telefon danışıqları və yazışmalar, eləcə də digər məhbuslarla ünsiyyət və görüşmək qadağandır.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2019-cu ilin oktyabrında İtaliyanın mafiya rəhbərləri üçün sərt həbsxana rejimlərinin insan haqlarını pozduğuna qərar verib.

AİHM İtaliyanı çox ağır cinayətlərə görə ömürlük həbs cəzasını nəzərdə tutan qanunlarını yenidən gözdən keçirməyə çağırıb.

İtaliyalı nazirlər, prokurorlar və polis rəislərinə görə, AİHM-nin qərarı qitə daxilində mütəşəkkil cinayətkarlıqla mübarizəni əngəlləyə bilər./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar