Xəbər lenti
Ermənistan müxalifətinin lideri Türkiyə və Azərbaycanı “məğlub etməyin” yolunu göstərdi
Ermənistanda "Vətənin Quruluşu Hərəkatı"nın lideri Vazgen Manukyan hakimiyyət dəyişikliyindən sonra nə edəcəkləri barədə danışıb.
Manevr.az xəbər verir ki, hazırda ölkə cəmiyyətini ən çox maraqlandıran sual budur: İndiki hökumət istefa versə və hakimiyyətə müxalifət gəlsə, vəziyyətdən çıxmaq üçün nə edəcək?
Müxalifətin bu gün İrəvanın Azadlıq meydanında keçirdiyi mitinqdə Vazgen Manukyan bu suala cavab verməyə cəhd edib, amma onun “plan” adlandırdığı yanaşma o qədər dağınıq və ümumi olub ki, bütün gözləntilərin üstündən xətt çəkib.
Öncə onu qeyd edək ki, müxalifət izdihamlı mitinq gözləsə də, meydana çox az adam gəlib. Bu görüntü insanların müxalifətə də inanmadığını göstərir. Həmçinin ölkə əhalisinin əksəriyyəti Qarabağa görə yenidən qurbanlar vermək istəmir. Ona görə də reallıqda Ermənistanda hakimiyyət dəyişikliyini arzulayanlar heç də çoxluq təşkil etmir. Digər tərəfdən onlar müxalifətin aydın bir planını görə bilmirlər.
Bu gün Manukyan bu planı ortaya qoymağa çalışıb və prinsipcə, ortaya heç nə qoymayıb. Onun planı ümumi tezislərdən ibarət olub – ordunu gücləndirmək, Rusiya ilə əlaqələri genişləndirmək, Türkiyənin bütün düşmənləri ilə birləşmək: “İlk növbədə orduda böyük struktur dəyişiklikləri edəcəyik. Ermənistanın təhlükəsizliyini təmin etmək, müttəfiqlərimiz olan Rusiya, Çin və İranla münasibətləri bərpa etmək, Türkiyənin genuşlənməsinə qarşı mübarizə aparan bütün qüvvələrlə əlaqələri gücləndirmək lazımdır. Onlar (Ermənistanın hazırkı hökuməti - red.) düşündükləri kimi deyil. Putinin önündə-arxasında istədiklərini edəcəklər və bu, dostluq adlanacaq. Xeyr, bu dostluq deyil, bu, heç uşaq oyunlarında da mümkün deyil. Türkiyənin genişlənməsinə qarşı mübarizə aparanların hamısı bizim təbii müttəfiqlərimizdir. İtirdiklərimizi geri qaytara biləcəyimizə və güclü bir dövlət quracağımıza əminik”.
Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanatla Ermənistan öz məğlubiyyətini qəbul edəndən sonra hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Əvvəlcə aksiyalara daha çox adam toplaşsa da, zamanla insanlar reallıqda nə baş verdiyini anlamağa başladılar və etirazlara daha az adam gəlməyə başladı.
Sonuncu mitinqdə müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanın çıxışı isə yəqin ki, müxalif qevvələrə bel bağlayan azlığın sonuncu ümidlərini də qırıb. Yerli mətbuatda artıq narazılıq səsləri eşidilməyə başlayıb. Manukyan ümumi sözlərlə danışıb və bunu “plan” adlandırmaq mümkün deyil. Məsələ ondadır ki, Manukyanın dediklərini elə indiki hökumət də deyir - onlar heç vaxt Rusiyanın əleyhinə və Türkiyənin xeyrinə danışmayıblar. Bu baxımdan Manukyanın çıxışında yeni heç nə yoxdur. İnsanlar vəziyyətdən çıxmağın daha detallı yollarını bilmək istəyirlər.
Ölkədə artıq siyasətdən uzaq olanlar da başa düşürlər ki, Ermənistan-Rusiya cütlüyü Azərbaycan-Türkiyə birliyi qarşısında öhdəliklər götürüb və bu öhdəliklərdən heç kim boyun qaçıra bilməyəcək. Ermənistanda hakimiyyət dəyişikliyi uzaqbaşı vəziyyətin qısa müddət üçün gərginləşməsinə səbəb ola bilər ki, bu proseslərdən də məğlub çıxan tərəf yenə də Ermənistan olacaq./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar