Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bayden istəyir, amma İranla razılaşmaq üçün... - Analiz

Tarix: 19-02-2021 16:54     Baxış: 2165 A- / A+
Bayden istəyir, amma İranla razılaşmaq üçün... - Analiz


İranın nüvə probleminin həlli və münasibətlərin inkişafı Tehran və Vaşinqtonun fəaliyyətlərinin sinxronlaşdırılmasını tələb edir.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vladimir Sajin deyib.

“Nüvə razılaşmasının reanimasiyasında həm İran, həm də ABŞ maraqlıdır. İran ilk növbədə ABŞ-ın nüvə razılaşmasına geri qayıtmasında yox, sanksiyaların götürülməsində maraqlıdır. Ona görə ki, ABŞ sanksiyaları İran iqtisadiyyatını güclü vurur. Sanksiyalar götürülmədən İranın iqtisadi inkişafının perspektivləri yoxdur.

İndi İranda kifayət qədər çətin daxili siyasi situasiya var. İyunda ölkədə prezident seçkisi olacaq, yeni prezidentin inaqurasiyası böyük ehtimalla avqustda baş tutacaq. Bu zamana qədər liberal demokrat baxışları olan Həsən Ruhani prezident qalacaq. Əlbəttə, o, ABŞ-la dialoqun tərəfdarıdır, amma o, tam hakimiyyətə sahib deyil”, – deyə o bildirib.

Sajin İranın yeni prezidentinin antiqərb, antiamerika dairələrinin nümayəndəsi ola biləcəyini deyib. O, bu mövqeyin Xameneinin mövqeyi ilə uzlaşdığını bildirib:

“Xamenei üçün bu şansı Ruhaniyə vermək sərfəli deyil. Ruhaninin nüvə razılaşmasında mümkün uğurları onun tərəfdarlarının konsolidasiyasına gətirib çıxara bilər”.

Sajin, həmçinin ABŞ-ın İranla dialoqun tərəfdarı olduğunu qeyd edib:

“Bayden nüvə razılaşmasının yenilənməsini və İrana qarşı sanksiyaların götürülməsini istəyir. Lakin o, bunda həm də gücsüzdür. 2015-ci ilin mayından belə qanun var ki, İranın nüvə problemi ilə bağlı prezident hər 90 gündən bir Konqresə hesabat verməlidir. Əgər hesabat mənfi olarsa və ya heç olmazsa, o zaman Konqres İrana sanksiyalar təşəbbüsü irəli sürmək haqqına sahib olur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar