Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlər ilk açıq qara dəliyin kütləsini ölçdü - Günəşdən 21 dəfə böyük

Tarix: 19-02-2021 12:26     Baxış: 3175 A- / A+
Alimlər ilk açıq qara dəliyin kütləsini ölçdü - Günəşdən 21 dəfə böyük


Cygnus X-1 qara dəliyinin yeni müşahidələri onun Günəşin kütləsindən 21 dəfə çox, yəni əvvəllər hesab edildiyindən təxminən 50% artıq olduğunu göstərib.

"Reuters” xəbər verir ki, bunu son araşdırmaya rəhbərlik edən Kertin Universitetindən astronomu Ceyms Miller-Cons deyib.

Cygnus X-1 Samanyolunun ən böyük və ən məşhur qara dəliyidir. Bu, 1964-cü ildə elm adamları tərəfindən kəşf edilən ilk qara dəlikdir. Qara dəliyin kütləsinin əvvəlki qiymətləndirməsi onun Günəşin 14.8 günəş kütləsi qədər olduğunu göstərmişdi.

Bundan əlavə, elm adamları qara dəliyin Yerdən olan məsafəsini yenidən hesablayıblar. Əvvəllər 6070 işıq ili olduğuna inanılırdısa, indi bu məsafə 7200 işıq ili və ya 9,5 trilyon kilometrdir.

Miller-Consa görə, bu qara dəlik Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə nəzərdə tutulan maksimum sürətə yaxın işıq sürəti ilə fırlanır.

Qeyd edək ki, Cygnus X-1 mövcudluğuna 4-5 milyon il əvvəl kütləsi Günəşin kütləsindən 75 dəfə çox olan bir ulduz kimi başlayıb və bir neçə on min il əvvəl qara dəliyə çevrilib.

Cygnus X-1 kütləvi ikili sistemin bir hissəsidir. Sistemə HDE 226868 olaraq təyin olunan dəyişkən parlaqlıqlı mavi supergiqant da daxildir./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar