Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Türkiyə Ermənistanın nazı ilə oynamaq fikrində deyil”

Tarix: 15-02-2021 22:27     Baxış: 3217 A- / A+
“Türkiyə Ermənistanın nazı ilə oynamaq fikrində deyil”

Ermənistan illərdir Türkiyənin blokadanı aradan götürməsini arzulayır. Azərbaycanın Qarabağda qələbəsindən sonra Ankarada bu məsələyə yumşaq münasibət göstərməyə başlayıblar. Amma İrəvanda çox soyuq küləklər əsir.

Manevr.az xəbər verir ki, “Eurasianet” bu ruhda material hazırlayıb. Əsasən Qafqaz bölgəsi və Orta Asiya barədə yazılar verən ABŞ portalı diqqəti Türkiyə-Ermənistan münasibətlərinə yönəldib.

“Eurasianet” yazır ki, Ermənistan Türkiyəyə güvənə bilmir. Çünki Ankara Qarabağda Azərbaycana açıq dəstək verib. Həm də İrəvan Türkiyənin sərhədləri məhz Azərbaycana görə bağladığını unutmur. “Eurasianet”in materialında Ermənistanın ötən əsrin 90-cı illərində Qarabağı işğal etməsi açıq ifadələrlə qeyd olunub.

ABŞ portalı hesab edir ki, Ermənistan vətəndaşları daha çox Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 10-da Bakıda dediyi sözlərdən narahat olub. Əlbəttə, dövlət başçısı Ermənistanla sərhədlərin açılma ehtimalından danışmışdı. Amma onun Bakıda Ənvər paşanın adını çəkməsi onları çox narahat edib. Çünki Ermənistanda bu sərkərdəni uydurma soyqırımın ideoloqlarından sayırlar.

İrəvan məsələyə şübhə ilə yanaşmağa başlayıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Eurasianet”ə deyib ki, sərhədlərin açılması ilə bağlı sual daha çox Türkiyəyə ünvanlanmalıdır: “Çünki sərhədləri biz bağlamamışıq. Ermənistan bölgədə bütün nəqliyyat əlaqələrinin bərpasının tərəfdarıdır. Hələlik sərhədlərin açılması məsələsi müzakirə olunmur”.

Naqdalyan belə deyir, halbuki Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan fevralın 10-da sərhədlərin açılma ehtimalını yaxşı qiymətləndirdiyini gizlətməmişdi. Hiss olunan odur ki, son günlər İrəvan bir az geri çəkilib.

“Region” tədqiqatlar mərkəzinin rəhbəri Riçard Kirakosyan hesab edir ki, Nikol Paşinyan hökumətinin açıqlamalarına çox da ciddi yanaşmaq lazım deyil. Ekspert xarici işlər nazirlərinin 30 yanvar görüşündə İrəvanın masaya heç nə qoya bilməməsini xüsusi vurğulayır: “Çünki onlar sərhədlərin açılmasını istəmirlər. Paşinyanın primitiv mövqeyi budur ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün çox zəifik”.
“Türkiyə Ermənistanın nazı ilə oynamaq fikrində deyil”

ABŞ-da Lehay Universitetində beynəlxalq əlaqələrdən dərs deyən Arman Qriqoryan “CivilNet” portalına açıqlamasında Türkiyənin Ermənistanın nazıyla oynamayacağını söyləyib. Ekspert bildirib ki, Ankara isə sərhədi birtərəfli şəkildə də açar: “Biz “yox, sərhədləri açmayın” deməyə hazır deyilik”.

Ermənistan türkoloqu, İrəvan Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Ruben Melkonyan da fərqli düşünmür. Onun fikrincə, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması üçün əlavə şərtlər irəli sürəcək./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar