Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bil Qeyts koronavirusdan sonra dünyanı gözləyən fəlakət haqqında qorxunc anons verdi

Tarix: 14-02-2021 15:54     Baxış: 4268 A- / A+
Bil Qeyts koronavirusdan sonra dünyanı gözləyən fəlakət haqqında qorxunc anons verdi


"250 min insan xəstələnə, 100 min isə ölə bilər”

Bill Qeyts terrorçuların kütləvi hücumlar üçün viruslar kimi bioloji silahlar istehsal edə biləcəyini və bu hücumların koronavirusdan daha çox insan ölümü və maddi itki ilə nəticələnə biləcəyini düşünür ..

Qeyd edək ki, "Microsoft”un qurucusu əvvəlki illərdə də qlobal bir epidemiya barədə xəbərdarlıq etmişdi. Bununla da koronavirus pandemiyasında nə qədər haqlı olduğunu göstərdi.

Məşhur milyarder indi isə dünyanı ikinci böyük fəlakətin gözlədiyi anonsunu verir. Dünyanın qarşılaşacağı ikinci böyük fəlakətin isə bioterrorizm olduğunu deyir.

Bioterrorizm nədir?


Hərfi mənada, bioterrorizm, insanlar və ya digər canlılar arasında xəstəlik və ya ölümə səbəb olmaq üçün bioloji maddələrin qəsdən istifadəsi və ya təhdididir.

Hərbi strukturları hədəfə alan hücumlar "bioloji müharibə”, mülki insanları hədəfə alan hücumlar isə "bioterrorizm” olaraq qəbul edilir.

Bioterrorizm hadisələri siyasi, dini, və ya cinayət səbəbli , bir qrup və ya bir şəxs tərəfindən planlaşdırıla, yaxud da dövlət tərəfindən dəstəklənən terror fəaliyyətlərinin bir hissəsi ola bilər.

Bil Qeyts koronavirusdan sonra dünyanı gözləyən fəlakət haqqında qorxunc anons verdi


Ümumdünya Səhiyyə Təşkilatına görə, beş milyon əhalisi olan bir şəhərdə 50 kiloqramlıq bioloji maddə buraxılarsa, iki yüz əlli min insan xəstələnə və yüz min nəfər ölə bilər.

Bir hadisənin bioloji bir hücum olaraq qiymətləndirilməsi üçün bəzi fərqli xüsusiyyətləri olması lazımdır. Bu gün ən azı 17 ölkənin bioloji silah proqramlarına sahib olduğu və bəzi mikroorqanizm ehtiyatlarının və texnologiyalarının müxalif terror qruplaşmalarının əlinə keçdiyi məlumdur.

Bioterrorizmin dünyanın gələcəyi üçün böyük bir risk olacağı artıq məlumdur. Dünyanın lider ölkələri və ya beynəlxalq təşkilatların bu barədə hansı tədbirləri görəcəyi isə sual altındadır./musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar