Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qarabağ məsələsi bu sənədlə bağlanacaq” – Sensasion iddia

Tarix: 12-02-2021 18:08     Baxış: 3275 A- / A+
“Qarabağ məsələsi bu sənədlə bağlanacaq” – Sensasion iddia

“Ermənistan hakimiyyəti siyasi nəticələrdən qorxduğu üçün reallığı cəmiyyətdən gizlətməyə çalışır”.

Manevr.az xəbər verir ki, bunu erməni politoloq Qrant Mikaelyan Zəngəzurdan keçən Gorus-David-Bek (Zeyvə) yolu ilə bağlı əldə edilmiş razılaşmaları şərh edərkən deyib.

“Məsələ Azərbaycanla Rusiya arasındakı müqavilələrə aiddirsə, məlum olur ki, Bakı müqavilələr barədə məlumatlandırılır, lakin Ermənistan vətəndaşlarından gizli saxlanılır. Bütün müqavilələr Azərbaycan və Türkiyənin birbaşa hərbi təzyiqi altında imzalandı və Ermənistan hakimiyyəti təhdidi təsirsiz hala gətirmək üçün müttəfiqlərlə normal işləməyə belə cəhd göstərmədi”, - Mikaelyan qeyd edib.

Onun fikrincə, Baş nazir Nikol Paşinyanın hər şeyi gizli saxlamaq istəyi, erməni cəmiyyətinin və siyasi qüvvələrin bu sənədlərə etiraz edə bilməməsinə gətirib çıxarır: “Rəhbərlik Azərbaycanın birbaşa təzyiqi altında və konstitusiyanı pozaraq Ermənistanın ərazi bütövlüyü məsələsini həll edir”.

Mikaelyanın nöqteyi-nəzərindən, Ermənistanla Azərbaycan arasında başqa bir memorandumun imzalanmasına hazırlıq gedir: “Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, bununla da Qarabağ məsələsini bağlaması istisna deyil, bu səbəbdən də ayıq olmaq lazımdır”.

Ekspert Ermənistanın ictimai-siyasi həyatındakı mənzərəyə də diqqət çəkib: “Unutmayaq ki, hələ də ölkəmizdə hərbi vəziyyət qüvvədədir, baxmayaraq ki, üç aydır hərbi əməliyyatlar olmasa da, dəyişən heç nə yoxdur. Hərbi vəziyyətin təsiri mövcud hökumətin qorunmasına xidmət edir”.

Xarici işlər naziri Ara Ayvazyanın Zəngəzurla bağlı razılaşmalardan xəbərdar olmadığı barədə açıqlamasını şərh edən politoloq son vaxtlar Ermənistanda heç kimin heç bir şey bilmədiyini, prezidentin hər şeyi mediadan öyrəndiyini, hökumət üzvlərinin faktiki təsdiqlənmiş məlumatları təkzib etdiyini vurğulayıb.

Bundan əvvəl Baş nazirin müavini Tiqran Avinyan parlamentdəki iclas zamanı Ermənistanla Azərbaycan arasında ayrıca sənədlərin imzalanmadığını bildirmişdi. Eyni zamanda, onun sözlərinə görə, əvvəllər verilmiş açıqlamalara və təqdim olunmuş sənədlərə əlavə olaraq Gorus-Zeyvə yolu ilə bağlı başqa bir razılaşma var, çünki yol mübahisəli ərazilərdən keçir./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar