Xəbər lenti
Ordu məhv oldu, özümüz kölə... – Manukyan çağırış etdi

Ermənistanın keçmiş baş naziri, Vətənin Xilası Hərəkatının liderlərindən biri olan Vazgen Manukyan xalqa müraciət edib.
Manevr.az bildirir ki, o, əhalini sabah 15:00-da İrəvandakı Azadlıq meydanında toplanmağa səsləyib.
Süniklə bağlı hökumətin gizli razılaşmalarının olduğunu bildirən Manukyan əhalini buna etiraz etməyə çağırıb:
"Zaman keçəcək və 9 noyabr gecəsi kimi biz bir gün oyancağıq və biləcəyik ki, Sünik artıq bizdə deyil”.
Ermənistanın 9 noyabrda kapitulyasiyaya imza atdığını deyən Manukyan 5000 mindən çox əsgər itirdiklərini, yaralıların sayının isə 10000-dən çox olduğunu bildirib:
"Bizim artıq ordumuz yoxdur. Ondan qalanlar hər gün sübut edir ki, o, artıq mövcud deyil”.
Manukyan müraciəti zamanı gələcək nəsillərin indiki nəsli lənətləyəcəyini bildirib:
"Biz hələ Ermənistan adlanan bu ərazidə insanların kölələşdirilmiş hissəsini saxlayacağıq, qalanlarımız isə bütün dünyaya səpələnib sərgərdan olacağıq”. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar