Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Belə getsə, gələcəyimiz Azərbaycan və Türkiyənin əlində olacaq" - Manukyan

Tarix: 11-02-2021 19:52     Baxış: 3153 A- / A+
"Belə getsə, gələcəyimiz Azərbaycan və Türkiyənin əlində olacaq" - Manukyan

Ermənistan müxalifətinin baş nazirliyə vahid namizədi Vazgen Manukyan insanları “oyanmağa”, sabah keçirilən mitinqdə iştiraka çağırıb, əks halda Ermənistanın gələcəyinin Türkiyə və Azərbaycanın əlində olacağını bildirib.

Manevr.az xəbər verir ki, “Vətənin Xilası” Hərəkatı sabah saat 15:00-da İrəvanın Azadlıq meydanında mitinq təyin edib.

Hərəkatın lideri Manukyan erməni vətəndaşlarını mitinqdə iştirak etməyə çağırıb.

Hərəkatın Feysbuk səhifəsində yayımlanan Manukyanın açıqlamasında rəsmilərin Sünik bölgəsində vəziyyətin mediada yayımlanmasını məhdudlaşdırdığı, Ermənistanın əleyhinə olaraq bölgədə sərhəd və rabitə ilə bağlı gizli sənəd imzalandığı iddia edilir.

Müxalifət lideri bəyan edib ki, Ermənistan ərazisi hər keçən gün daha da azalır: “Mövcud hakimiyyət orqanlarına xidmət edən polis əslində Azərbaycan və Türkiyəyə xidmət edir. Ölkənin taleyini təyin edən sizsiniz. Hər kəsi fevralın 12, saat 15:00-da Azadlıq meydanında toplanmağa və bundan sonra atacağımız addımla bağlı qərar verməyə çağırıram.

“Xalqı oyanmağa və ölkəmizin gələcəyini öz əllərinə almağa çağırıram, əks halda Türkiyə və Azərbaycan bunu Ermənistanın indiki hakimiyyətinin köməyi ilə edəcək”,-Vazgen Manukyan bəyan edib.

Xatırladaq ki, bu gün erməni mediasında Gorus-Qafan yolunun David Bek kəndindən keçən hissəsinin təhlükəsizliyinə dair sənəd imzalandığı, bu sənədə görə, yolun rus əsgərlər tərəfindən mühafizə ediləcəyi haqda xəbərlər yayılıb./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar