Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağdakı separatçı ordunun ləğvi: “Paşinyan zəmanət vermir” /Şok

Tarix: 10-02-2021 22:31     Baxış: 3149 A- / A+
Qarabağdakı separatçı ordunun ləğvi: “Paşinyan zəmanət vermir” /Şok

“Ermənistanın mövcud hakimiyyətinin seçkilərin nəticələrini saxtalaşdırmayacağına dair açıqlamalarına şübhə ilə yanaşıram”.

Manevr.az xəbər verir ki, bunu erməni politoloq Tevan Poqosyan deyib.

O, birinci Qarabağ müharibəsində qalib gələn Ermənistan prezidenti Levon Ter-Petrosyanın da seçkinin nəticələrini saxtalaşdırdığını xatırladıb. Bu səbəbdən məğlubiyyətin yaşandığı müharibədən sonrakı durumda başqa cür mümkün ola bilməz.
Onun sözlərinə görə, erməni cəmiyyəti baş verənlərin nəticələrini dərk etmə mərhələsinə qədəm qoyub və Ermənistanın maraqlarına zərər verən qərarların hakimiyyətin dinc yolla iqtidardan getmək şanslarını azaldır:

“Bütün bunlar hər gün yeni faktların aşkarlanmasına və informasiya manipulyasiyasına gətirib çıxarır. Qarabağ müdafiə ordusunun (separatçı qüvvələri nəzərdə tutur – red.) ləğvi və ya şəxsi heyətin ixtisar edilməsi barədə məlumatlar var. Bu fonda bizə təhlükəsizlik zəmanəti verə bilməzlər”.

Politoloq qeyd edib ki, Baş nazir Nikol Paşinyan ermənilərə onun təhlükəsizliyi barədə zəmanət vermir.

Tevan Poqosyana görə, cəmiyyət indi seçkilərə hazır deyil, çünki duyğularla keçiriləcək, qərar şüurlu olmayacaq.

Ekspert Ermənistandakı ailələrin öz övladlarını Qarabağa “hərbi xidmət”ə göndərmək istəmədiklərinə də diqqət çəkib:
“Cəmiyyət dərk etməlidir ki, məsələn, bu gün oğullarını Qarabağa göndərmək istəmirsə, sabah Sünik, Ararat, Tavuş və sairə də göndərmək istəməyəcəklər”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar