Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

"Yaxın zamanda axirətdə görüşərik"

Tarix: 07-02-2017 12:41     Baxış: 4512 A- / A+
"Yaxın zamanda axirətdə görüşərik"


"Küveytli rəfiqəmlə Ramazan ayında 3 gün oruc tutdum. Çətindir, amma yaxşı idi. Özümü yaxşı hiss etdim".

Manevr.az sputnik-ə istinadən xəbər verir ki, bunu Küveytin televiziya proqramı "Sivar Shoaib"yə danışarkən amerikalı aktrisa Lindsi Lohan deyib.

Əlində Quran tutarkən çəkilmiş fotosuyla gündəmi zəbt edən Lohan sözügedən görüntüylə bağlı məqsədinin "yalnız bir kitab tutmaq" olmadığını qeyd edib: "Qurani-Kərim mənim üçün bir təsəlli, sahib olduğum etibarlı bir varlıqdır".

30 yaşlı aktrisa ABŞ-da insanların mövzuya çevrilən foto səbəbiylə onu mühakimə edərək təhqirə yol verdiklərindən kədərləndiyini deyib.

"Telefonda Quran dinləyirəm"

Verilişdə sualları cavablayan Hollivud ulduzu Qurani-Kərimdən 15 səhifə oxuduğunu və bəzi surələri ərəbcə yazmağa çalışdığını da bildirib.

Müqəddəs kitabı oxuduqda xüsusi bir şey hiss edib-etmədiyinə dair bir sualı cavablayan Lohan: "Özümü huzurlu hiss edirəm", - deyib.

"Axirətdə görüşərik"

Verilişin sonunda aparıcı Şuaib Raşidin "Təşəkkürlər, Lindsi. İnşallah, yaxın zamanda axirətdə görüşərik" ifadəsinə, Lohanın: "Ümid edirəm ki, çox da yaxın zamanda olmaz", - cavabını verməsi studiyada əyləncəli anlara səhnə olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar