Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Macarıstanın XİN rəhbəri: Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır

Tarix: 09-02-2021 06:54     Baxış: 3210 A- / A+
Macarıstanın XİN rəhbəri:

"Bu gün Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır. Rəsmi Budapeşt Ankara ilə əlaqələrə xüsusi önəm verir".

Manevr.az “Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunları Macarıstanın Xarici işlər və Ticarət naziri Peter Siyyarto Ankarada Türkiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Varankla görüşdə deyib.

Macar nazirin sözlərinə görə, Türkiyə Avropanın təhlükəsizliyinə töhfə verən miqrasiya və energetika sahələrində xüsusi rol oynayır.

"Türkiyə və Macarıstan arasında əlaqələr strateji əməkdaşlıq səviyyəsində inkişaf edir. Rəsmi Budapeşt və Ankaranın dialoqu hər iki tərəf üçün qarşılıqlı ehtirama və faydaya əsaslanır", - Siyyarto qeyd edib.

Mustafa Varank öz növbəsində cari il Ankara ilə Avropa İttifaqının münasibətlərində etimadın bərpası dövrü olacağına ümidini ifadə edib.

Türkiyənin Sənaye və Texnologiyalar naziri rəsmi Budapeştin Ankara ilə əlaqələrin dərinləşməsinə sərmayədarların marağını yüksəltməyə çalışan mövqeyini yüksək qiymətləndirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar