Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin ömürlük hakimiyyətdə qalmasının sirri: “Levada”nın nəticələri...

Tarix: 08-02-2021 17:15     Baxış: 3190 A- / A+
Putinin ömürlük hakimiyyətdə qalmasının sirri: “Levada”nın nəticələri...

"Levada" sosioloji təhlil mərkəzinin keçirdiyi sorğunun nəticələri müxalifət lideri Aleksey Navalnının Rusiyada ciddi sosial bazasının olması barədə deyilənləri alt-üst edib.

Manevr.az xəbər verir ki, sorğunun nəticiləri Rusiya Prezidenti Vladimir Putinin ictimai rəydə kifayət qədər nüfuzlu olduğunu ortaya qoyub. Putinə inananların sayı ötən illərə nisbətən azalaraq 29 faizə düşsə də, Navalnı üçün bu rəqəm 5 faiz olub. Hətta Rusiya hakimiyyətində təmsil olunan Sergey Şoyqu (8%) və Sergey Lavrov (7%) da Navalnını qabaqlayır. Bu isə Rusiyada məxməri inqilab gözləyənlərin yanıldığını göstərir. Çünki müasir politoloji nəzəriyyələrdə hakimiyyətin reytinqinin minimum 30 faiz həcmdə olması avroritar rejimlərin mövcudluğu üçün əsas şərt sayılır.

Bu baxımdan Navalnı tərəfdarlarının yaz aylarına qədər kütləvi aksiyaları təxirə salmasını təbii qarşılamaq olar.
Putinin ömürlük hakimiyyətdə qalmasının sirri: “Levada”nın nəticələri...

Qeyd edək ki, politoloq və sosioloqlar inqilabın gerçəkləşməsi üçün "3.5 faiz qaydası”nı, yəni əhalinin 3,5 faizinin aktiv etiraz aksiyalarında iştirak etməsini əsas faktor sayırlar. Təxminən 150 milyonluq Rusiyada inqlibanın baş verməsi üçün 4,5-5 milyon yaxın adamın etiraz aksiyalarında iştirak etməlidir. Navalnı tərəfdarlarının son aksiyalarında say heç bir milyona belə çatmırdı.

Ən maraqlısı və qəribəsi odur ki, Rusiya əhalisi Navalnının Gələncikdəki Putin sarayı haqqında araşdırmasına rəyi soruşulanların cəmi 17 faizinin inanmasıdır. Bundan da qəribə nəticə Putinin korrupsioner olduğuna inananlardan cəmi 3 faizinin ona qarşı fikrini dəyişməsindədir. Bir sözlə, ruslar Putin hakimiyyətindən məmnundurlar.

Müşahidəçilər Rusiyada fəaliyyət göstərən "Levada” mərkəzinin nəticələrinin reallığa yaxın olduğu fikrindədir və mərkəzi ictimai rəyi öyrənmək baxımından etibarlı sayırlar./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar