Xəbər lenti
Son 7 ildə Türkiyədən ilk addım

Türkiyənin Mədəniyyət və Turizm naziri Nəbi Avcı Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesi çərçivəsində İsrailin paytaxtı Tel Əvivə səfər edib.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, Nəbi Avcı 2010-cu ildə “Mavi Mərmərə” gəmisinə təşkil edilən hücumdan sonra İsraili ziyarət edən ilk türk nazir olub.
Türkiyə rəsmisi bu gün İsrailin Turizm naziri Yariv Levin ilə görüşəcək. Görüşdən sonra mətbuat konfransı keçiriləcək. Nəbi Avcı həmçinin Aralıq dənizi Turizm Sərgisinin açılışına qatılacaq.
Səfər çərçivəsində türkiyəli nazir İsrail Türk Yəhudiləri ilə də bir araya gələcək. Səfərdən sonra İsraildən Türkiyəyə gələn turist sayında artım gözlənilir.
Qeyd edək ki, İsrail təhlükəsizlik qüvvələrinin 31 May 2010-cu ildə Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə hücumu nəticəsində 10 Türk vətəndaşının həyatını itirməsi, iki ölkə əlaqələrinin kəsilməsinə səbəb olmuşdu. Əlaqələr, İsrailin üzr istəməsi, qurbanların ailələrinə ödənəcək təzminatı Türkiyəyə çatdırması və Qəzzaya humanitar yardımların çatdırılmasının bərpasından sonra mümkün olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar