Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Hindistanda buzlağın sürüşməsi nəticəsində 150-dən çox insan itkin düşüb

Tarix: 07-02-2021 15:44     Baxış: 3221 A- / A+
Hindistanda buzlağın sürüşməsi nəticəsində 150-dən çox insan itkin düşüb

Hindistanın şimalında yerləşən Uttarakxand ştatında buzlağın sürüşməsinin səbəb olduğu daşqın nəticəsində 150-dən çox insan itkin düşmüş hesab edilir.

Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

İtkin düşənlərin çoxu təbii fəlakətin əsas zərbəsinə tuş gələn “Rişiqanqa” su elektrik stansiyasının işçiləridir.

Telekanalın məlumatına görə, nəhəng buz kütlələri Himalayın dağ çaylarına düşərək yüksək dağlıq rayonlarda daşqınlara səbəb olub. Hakimiyyət orqanları həmin ərazilərdə çalışan fəhlələrin həyatı üçün yaranmış təhlükədən ehtiyatlanır.

Daşqınla əlaqədar su elektrik stansiyalarından aşağıda yerləşən yaşayış məntəqələrindən əhalinin təxliyəsinə başlanılıb.

Hadisənin baş verdiyi əraziyə polislər və xilasedici dəstələr göndərilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar