Xəbər lenti
Ermənistanda seçki kampaniyasına start verildi

Ermənistanın Mərkəzi Seçki Komissiyası fevralın 6-da parlament seçkisinə qatılan partiya və blokların sənədlərinin qəbuluna başlayıb. Novator.az-ın məlumatına görə, bu proses fevralın 16-dək davam edəcək, həmin gündən isə qeydiyyat mərhələsi start götürəcək. Qeydiyyat üçün son müddət fevralın 26-sıdır.
Parlament seçkisi aprelin 2-nə təyin olunub. Seçkiqabağı təşviqat kampaniyası martın 5-dən 31-nə qədər davam edəcək.
Ermənistanın 2015-ci ilin dekabr ayında qəbul edilmiş yeni konstitusiyası ilə ölkə mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ana qanuna görə, hökuməti proporsional sistemlə seçilən 101 nəfərlik parlamentdə azı 53 mandatı olan partiya quracaq. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 7 il müddətinə seçəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































