Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır

Tarix: 05-02-2021 12:31     Baxış: 3180 A- / A+
Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır

Dövlət büdcəsi Türkiyənin bir şəhərinin büdcəsi qədər olan Ermənistanda Türkiyəyə sanksiya tətbiq etmək, onun iqtisadiyyatına ziyan vurmaq məqsədilə dövlət səviyyəsində türk mallarının ölkəyə gətirilməsi qadağan olunub.

Manevr.az-ın xəbərinə görə, rəsmi Yeravanın bu boykot kampaniyasına baxmayaraq, ölkənin baş naziri Nikol Paşinyan xaricə səfər zamanı türk malları və xidmətlərinə daha çox üstünlük verir.

Baş nazir Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qazaxıstanın Almatı şəhərinə gedib. N.Paşinyan Qazaxıstanın ən böyük şəhərində gecələmək üçün məhz türk iş adamı Fettah Taminceyə məxsus “Rixos” otellər şəbəkəsinin beşulduzlu mehmanxanasında qalıb.

Bundan başqa, erməni politoloq Andranik Ovannisyanın teleqramda yazdığına görə, baş nazir Qazaxıstana 50 mühafizəçi ilə yollanıb. Onların əksəriyyəti müşavir və mütəxəssis kimi qeydiyyatdan keçiblər. Baş nazirin qorxuduğuna işarə edən politoloq mühafizəçilərin sutka boyu həm otelin daxilində, həm də xaricində növbətçilik etdiyini bildirib: “Baş nazirin nömrəsində hələ də işıq sönməyib, görünür, yata bilmir. Yəqin, rusca mətn əzbərləyir”./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar