Xəbər lenti
Rusiyadan qovulan ermənilər aeroportda gecələyirlər - ŞƏKİL
“Hələlik yeni xəbər yoxdur, bizim məsələlərimiz aydınlaşana qədər aeroportda qalacağıq”.\
Manevr.az xəbər verir ki, bu barədə Rusiyadan Ermənistana deportasiya edilmiş ermənilərdən biri "Zvartnos" aeroportunda bildirib.
"Biz pulumuzu xərclədik və işlərimizin dalınca getmək istəyirik. Aeroportdan heç bir cavab yoxdur", - o əlavə edib.
Aeroportda gecələyən digər erməni qeyd edib ki, onları gözləməyə çağırırlar. "Nə vaxta qədər gözləmək olar? Biz uşaq deyilik ki, oyuncaqlar versinlər, burada oturtsunlar, oynayaq və gözləyək", - o vurğulayıb. Rusiyadan deportasiya edilən Ermənistan vətəndaşı qeyd edib ki, məsələ həll edilməlidir.
"Tələbimiz deportasiya qərarının ləğv olunması, biletlərin bərpasıdır ki, orada problemlərimiz yaranmasın", - o deyib. Qeyd edib ki, Rusiyada onlara saxta sənədə görə deportasiya edildiklərini bildiriblər.
“Məsələmiz həll olunmayınca gözləyəcəyik. Heç birimiz buradan getməyəcək, burada gecələyəcəyik", - o qeyd edib.
Xatırladaq ki, Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb. Bu, Ermənistandakı COVID-19 testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır.
Onlar aeroportda gecələyirlər./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar