Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır

Tarix: 05-02-2021 10:14     Baxış: 3191 A- / A+
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır


ABŞ-ın həm Demokratlar Partiyası, həm də Respublikaçılar Partiyasından olan bir qrup senator Konqresə Aleksey Navalnının həbsi ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair qanun layihəsi təqdim edib.

Manevr.az report-a istinadən xəbər verir ki, müvafiq məlumat Florida ştatının Respublikaçılar Partiyasından senatoru Marko Rubionun saytında dərc edilib.

“Senatorlar beynəlxalq hüquq pozuntusu, həmçinin Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsində əli olan rusiyalı məmurlara qarşı məqsədyönlü sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təkrarən təqdim ediblər”, - məlumatda bildirilib.

Söhbət senatorların ötən ilin sentyabrında Rusiya hakimiyyətinə qarşı tətbiqini təklif etdiyi sanksiya layihəsindən gedir.

Qanun layihəsindəki mümkün sanksiyalara aktivlərin dondurulması və viza verilməsindən imtina daxildir.

Sənəddə ABŞ administrasiyasının Rusiya rəhbərliyinin kimyəvi və bioloji silahların istifadəsini qadağan edən beynəlxalq müqavilələri pozub-pozmadığını müəyyənləşdirməli olduğu vurğulanıb.

Xatırladaq ki, ABŞ-da respublikaçı senator Mitt Romni Rusiyada Aleksey Navalnının həbsinə məsul olan şəxslərə qarşı sanksiya tətbiqinə dair qanun layihəsini təqdim edəcəyini bildirmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar