Xəbər lenti
Qadın pasportunu itirdiyinə görə 18 il həbs cəzası çəkdi -ŞƏKİLLƏR

Pakistana yollanan hindistanlı qadın pasportunu itirdiyi üçün 18 il həbsxanada qalıb.
Bu barədə “Times Now News” xəbər verir.
Məlumata görə, Hindistanın Maharaştra ştatının Aurangabad şəhər sakini 65 yaşlı Hasina Begum 2003-cü ildə ərinin qohumlarını ziyarət etmək üçün Pakistanın Lahor şəhərinə gedib. O, yolda pasportunu itirib, bu səbəbdən də həbs olunub.
Düz 18 ilini həbsxanada keçirdən qadın bütün bu müddətdə günahsız olduğunu desə də, ona qulaq asan olmayıb.
Pakistan səlahiyyətliləri Begumu yalnız Aurangabad polisindən qadının şəhərdə ev sahibi olduğu və orada qeydiyyatdan keçdiyini bildirən məlumat aldıqdan sonra sərbəst buraxmağa qərar verib. O, artıq Hindistan tərəfinə təslim edilib.
“Bir çox sınaqlardan keçdim və indi ölkəmə qayıtdıqdan sonra rahat oldum. Özümü cənnətdə hiss edirəm. Məni Pakistan həbsxanasında zorla saxlayırdılar”, - deyə qadın bildirib.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


