Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

ÜST-dən XƏBƏRDARLIQ: "Tələsməyin..."

Tarix: 28-01-2021 23:02     Baxış: 3267 A- / A+
ÜST-dən XƏBƏRDARLIQ: "Tələsməyin..."

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrini koronavirusa qarşı mübarizədə karantin qaydalarının erkən yumşaldılması üçün tələsməməyə çağırıb.

Manevr.az xəbər verir ki, beynəlxalq təşkilatın Avropa bürosunun rəhbəri Hans Kluqe yoluxma səviyyəsinin hələ də yüksək olması və səhiyyə sisteminin ciddi şəkildə yüklənməsi barədə xəbərdarlıq edib. O bildirib ki, yoluxma səviyyəsini aşağı salmaq üçün uzunmüddətli və qətiyyətli səylərin göstərilməsi tələb olunur: “Biz ağır dərslər aldıq – tələsik açmaq və bağlamaq, sonra yenidən hər yeri açmaq uğursuz strategiyadır. Biz səbirli olmalıyıq. Vaksinasiyanı həyata keçirmək üçün zamana ehtiyac var”.

H.Kluqe Avropa ölkələrindəki vəziyyəti “pandemik paradoks” adlandırıb. O bildirib ki, bir tərəfdən Avropanın 35 ölkəsində artıq 25 milyon peyvənd dozası vurulub. Bununla yanaşı, qitədə digər virus mutasiyaları geniş yayılmağa başlayıb. Hazırda Avropanın 33 ölkəsində Böyük Britaniya, 16 ölkədə isə Cənubi Afrika Respublikasında aşkarlanan virus ştamlarının yayılması təsdiqlənib. Ona görə də indi Avropanın 25 ölkəsində qüvvədə olan karantin qaydalarının yumşaldılması üçün tələskənlik etmək düzgün olmazdı.

H.Kluqe, eyni zamanda, müsbət irəliləyişlərin olduğunu da diqqətə çatdırıb. Qeyd edilib ki, peyvəndlərin səmərəliliyi və təhlükəsizliyi sübuta yetirilib və onların uğurla tətbiqi səhiyyə sistemləri üzərindəki ağır yük və təzyiqi yaxın müddətdə aradan qaldıracaq. Ona görə zamanla yarışda insanlar səbirli olmalı, əhalinin müəyyən bir hissəsinin peyvəndlənməsi başa çatanadək karantin qaydalarının qüvvədə qalması diqqət mərkəzində saxlanmalıdır./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar