Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Göldən 40 avtomobil çıxarıldı -ŞƏKİL

Tarix: 28-01-2021 07:57     Baxış: 3326 A- / A+
Göldən 40 avtomobil çıxarıldı

ABŞ-ın Tennense ştatının Naşville şəhərində volontyor dalğıclar Kamberlend çayı və Persi-Prist gölündə 1 həftə boyunca təmizlik işləri aparıblar.

Onlar bu müddət ərzində sudan düz 40 avtomobil çıxarıblar.

Maşınların ora necə düşməsi məlum deyil. Tapılan nəqliyyat vasitələri müxtəlif marka və illərə aiddir. Onların arasında "Ford Thunderbird" (1983-1988-ci illər istehsalı), "Cip Vrangler YJ" (1986-1995-ci illər istehsalı), "Pontiac LeMans" (1962-1981-ci illər istehsalı), həmçinin müasir "Ford Fokus" və s. markalı avtomobillər də var. Dalğıcların sözlərinə görə, maşınların hər hansı birində cəsəd aşkar edilməyib.

Polis faktla bağlı artıq araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanı əməkdaşları ehtimal edir ki, bəzi maşınlar qaçırılıb və sonradan çay, yaxud gölə atılıb. Digər bir versiyaya görə isə avtomobil sahibləri sığortadan pul əldə etmək məqsədilə belə bir dələduzluğa əl atıblar. axar.az

Manevr.az

Göldən 40 avtomobil çıxarıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar