Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu il Günəş və Ay tutulması nə vaxt olacaq?

Tarix: 26-01-2021 22:01     Baxış: 4204 A- / A+
Bu il Günəş və Ay tutulması nə vaxt olacaq?


2021-ci ildə planetimizin sakinləri Ayın tam tutulmasını, bir neçə meteorid axınını və Günəş sistemi planetlərini müşahidə edə biləcəklər.

Bu barədə “İnterfaks”a Rusiya Elmlər Akademiyasının Pulkovsk rəsədxanasından məlumat verilib.

Məlumata əsasən, Ayın tam tutulması mayın 26-da baş verəcək və 3 saat 8 dəqiqə davam edəcək. Maksimal faza Bakı vaxtilə saat 15:19-da müşahidə olunacaq.

“Ay tutulması günorta saatlarında baş verdiyindən onu yalnız Uzaq Şərq sakinləri görə biləcəklər. Həmin vaxt orada hava qaralacaq”, - deyə rəsədxanadan bildirilib.

İkinci Ay tutulması noyabrın 19-na təsadüf edəcək. Onun maksimal fazası Bakı vaxtilə saat 13:04-də olacaq. Hadisəni yalnız Şimali Amerika, Çukotka və Kamçatka ərazilərindən görmək mümkün olacaq.

İyunun 10-da Günəşin halqavarı tutulması baş verəcək. Rusiya və MDB ölkələri, həmçinin Kanada, Qrenlandiya sakinləri bu təbiət hadisəsinin müxtəlif fazalarını izləyə biləcəklər.

Həmçinin 2021-ci ildə 22 aprel, 6 may, 12 avqust, 8 oktyabr, 21 oktyabr, 17 noyabr və 14 dekabr tarixlərində Yer əhalisi meteorit axınlarını müşahidə edəcək.

Bununla yanaşı, may ayında səhər, oktyabr ayında isə axşam saatlarında Merkuri, avqust ayında Yupiter və Saturn, ilin ilk yarısında Mars, ikinci yarısında isə Venera planetlərini görmək mümkün olacaq./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar